Ağsu rayonunun Gəgəli kəndində ümumi sahəsi 140 m² olan bir dam altında tikilən, iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 80 m² olan evin yanar konstruksiyaları və sahəsi 60 m² olan evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan restoranın tüstü bacası 10 p.m, elektrik kabeli 8 p.m və binaya bitişik, sahəsi 6 m² olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb. Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.