Geri

15 dekabr 2021-ci il saat 07:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köşk, yaxınlıqda dayanan “КамАЗ” markalı yük avtomobilinin salon hissəsi və qismən təkərləri yanıb, yüksək temperaturdan “ЗИЛ” markalı yük avtomobilinin təkərləri qismən qarsalanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Ərəş kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin mətbəxində 3 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.