Geri

14 dekabr 2021-ci il saat 16:50-dək:

Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan yarımstansiyanın daxilində 4 ədəd elektrik açarı yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yardımlı rayonunun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 dekabr 2021-ci il saat 14:50-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin bir otağında tavan 20 m² sahədə və 1 ədəd kreslo yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 dekabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

14 dekabr 2021-ci il saat 07:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli evin mətbəxində bacanın ətrafı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan çayxananın (taxta konstruksiyadan ibarət) yanar konstruksiyaları və qismən yaxınlıqdakı ağaclar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Ərəş kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.