Geri

01 dekabr 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.


Geri

01 dekabr 2021-ci il saat 18:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 17:30-dək:

Cəlilabad rayonunun Zərbəli kəndində ümumi sahəsi 63 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 6 tonu, yaxınlıqda ümumi sahəsi 56 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Daryurd kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 dekabr 2021-ci il saat 15:30-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 10 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 14:15-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Bəydəmirli kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 dekabr 2021-ci il saat 13:15-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexində təmirə dayanan "Jaguar" markalı minik avtomobilinin mühərrik hissəsi, ön tərəfi və 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 13:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə 250 m² sahədə məişət tullantıları və quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 12:10-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.


Geri

01 dekabr 2021-ci il saat 11:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.


Geri

01 dekabr 2021-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri

01 dekabr 2021-ci il saat 11:13-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

01 dekabr 2021-ci il saat 08:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb. Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 07:45-dək:

Quba rayonunun Qonaqkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Evoğlu kəndində ümumi sahəsi 48 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.