Geri

01 dekabr 2021-ci il saat 11:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.


Geri

01 dekabr 2021-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri

01 dekabr 2021-ci il saat 11:13-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

01 dekabr 2021-ci il saat 08:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb. Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 07:45-dək:

Quba rayonunun Qonaqkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Evoğlu kəndində ümumi sahəsi 48 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.