Geri

01 dekabr 2021-ci il saat 08:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb. Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 dekabr 2021-ci il saat 07:45-dək:

Quba rayonunun Qonaqkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Evoğlu kəndində ümumi sahəsi 48 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.