Geri

30 noyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 noyabr 2021-ci il saat 08:00-dək:

Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində paltaryuyan maşın və soyuducu yanıb. Yüksək temperaturdan yaxınlıqda olan ikimərtəbəli evin plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.