Geri

29 noyabr 2021-ci il saat 19:15-dək:

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 60 ton ot bağlamasının 30 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 noyabr 2021-ci il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Saatlı rayonunun Əlisoltanlı kəndində təkdırnaqlı heyvanın (at) ayağı körpü üzərində olan iki beton plitənin arasında sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Geri

29 noyabr 2021-ci il saat 15:30-dək:

Cəlilabad rayonunun Gülməmmədli kəndində ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 noyabr 2021-ci il saat 09:36-dək:

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 675 m² (hər mərtəbəsi 225 m²) olan mansarda tipli üçmərtəbəli evin ikinci mərtəbəsinin və mansardasının yanar konstruksiyaları 450 m² sahədə, birinci mərtəbəsinin tavanı 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Geri

29 noyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 noyabr 2021-ci il saat 08:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, F.Əmirov küçəsində ikimərtəbəli mansarda tipli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

29 noyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli elektrik yarımstansiyasının 1-ci mərtəbəsində transformatorun çıxış kabeli 2 p.m yanıb. Digər qurğular və kabellər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 noyabr 2021-ci il saat 03:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan dərzi sexinin içərisində əşyalar 4 m² sahədə və 1 ədəd tikiş maşını yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 480 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən birmərtəbəli 21 otaqdan ibarət tikilinin dam örtüyü 200 m² sahədə, 1 otağının (məcburi köçkün məskunlaşıb) yanar konstruksiyaları 20 m² sahədə və qismən 18 otağının yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 noyabr 2021-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.