Geri

20 noyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.


Geri

20 noyabr 2021-ci il saat 02:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda fəaliyyət göstərməyən ət kombinatının ərazisində ümumi sahəsi 140 m² olan soyuducu anbarda içərisinə xurma yığılan 80 ədəd plastik yeşiyin 4 ədədi yanıb. Yeşiklərin  qalan hissəsi və anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

20 noyabr 2021-ci il saat 00:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində “Daewoo” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.