Geri

30 oktyabr 2021-ci il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

30 oktyabr 2021-ci il saat 23:15-dək:

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 oktyabr 2021-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub. Müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub. Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

30 oktyabr 2021-ci il saat 17:15-dək:

Masallı rayonunun Banbaşı kəndində ümumi sahəsi 320 m² olan (hər mərtəbəsi 160 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində hamam otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 oktyabr 2021-ci il saat 11:15-dək:

Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 oktyabr 2021-ci il saat 07:30-dək:

İmişli rayonunun Aranlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yevlax şəhərinin Ərəş kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 34 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 oktyabr 2021-ci il saat 06:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.

 

Geri

30 oktyabr 2021-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, yanğın binanın şaxtasındadır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

30 oktyabr 2021-ci il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.