Geri

29 oktyabr 2021-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 oktyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 96 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 76 m² sahədə, bitişik ümumi sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı, həyətyanı sahədə ümumi sahəsi 16 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar,  həmçinin 3 ədəd minik avtomobili yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

29 oktyabr 2021-ci il saat 07:45-dək:

Bərdə şəhərində ümumi sahəsi 640 m² olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Geri

29 oktyabr 2021-ci il saat 07:30-dək:

Cəlilabad rayonunun Allahverənli kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 7,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Günəşli kəndində ümumi sahəsi 44 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılan 4,5 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lerik rayonunun Aran kəndində ümumi sahəsi 54 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Kövər kəndində, ferma ərazisində ümumi sahəsi 56 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 oktyabr 2021-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.