Goranboy rayonunun Ağamalıoğlu kəndində “BАЗ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində ümumi sahəsi 90 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 110 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.