Geri

16 oktyabr 2021-ci il saat 18:45-dək:

Sabirabad rayonunun Kovlar kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 15 tonu və yaxınlıqda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət tövlə yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 oktyabr 2021-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Daşkəsən rayonu ərazisində, su hövzəsinin yaxınlığında bataqlıq sahədə bir baş iribuynuzlu heyvanın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan bataqlıq ərazidən çıxarılıb və sahibinə təhvil verilib.


Geri

16 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 oktyabr 2021-ci il saat 08:55-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

16 oktyabr 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

16 oktyabr 2021-ci il saat 07:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 4 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü, yaxınlıqda bir dam altında tikilən ümumi sahəsi 60 m² olan obyektin dam örtüyünün taxta atmaları və lambirindən ibarət tavanı 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Bağbanlar kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.