Geri

11 oktyabr 2021-ci il saat 09:00-dək:

Bakı şəhərinin Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kv.m olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kv.m sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürüüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

11 oktyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 oktyabr 2021-ci il saat 07:00-dək:

Bərdə rayonunun Xanərəb kəndində həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərində “ВАЗ” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.