Geri

10 oktyabr 2021-ci il saat 18:45-dək:

Qazax rayonunun Cəfərli kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 7 tonu və yaxınlıqda ümumi sahəsi 21 m² olan tövlənin dam örtüyünün taxta atmaları 3 m² sahədə yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 oktyabr 2021-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda heyvan faktorunun (pişik) dərinliyi təqribən 2 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

10 oktyabr 2021-ci il saat 15:45-dək:

Hacıqabul rayonunun Birinci Udullu kəndində ümumi sahəsi 150 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 oktyabr 2021-ci il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

10 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

10 oktyabr 2021-ci il saat 08:00-dək:

Beyləqan rayonu, Orta Əlinəzərli kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.