Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 oktyabr 2021-ci il saat 15:45-dək:

Samux rayonunun Hacıalılı kəndində ümumi sahəsi 10 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində ötürücü qurğular və 2 p.m çıxış kabeli yanıb.

27 oktyabr 2021-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.

27 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...

27 oktyabr 2021-ci il saat 08:15-dək:

Saatlı rayonunun Azadkənd kəndində ümumi sahəsi 66 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 13 ton ot bağlamasının 10 tonu yanıb.

27 oktyabr 2021-ci il saat 05:00-dək:

Saatlı rayonunun Dəlilər kəndində ümumi sahəsi 216 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

27 oktyabr 2021-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

26 oktyabr 2021-ci il saat 15:30-dək:

Beyləqan rayonunda traktorun qoşqusuna yığılan 2,8 ton ot bağlamasının 1 tonu yanıb...

26 oktyabr 2021-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

26 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...

26 oktyabr 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 20 m² olan elektrik otağında 2 ədəd elektrik lövhəsi, 10 p.m çıxış kabeli və 11-ci mərtəbənin dəhlizində 1 ədəd elektrik lövhəsi yanıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr