Geri

31 yanvar 2021-ci il saat 16:45-dək:

Cəlilabad rayonunun Fərzili kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və altına yığılan 2,5 ton ot bağlamasının 500 kiloqramı yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.