Geri

30 yanvar 2021-ci il saat 09:40-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

30 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 yanvar 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan plastik üzlükdən ibarət birmərtəbəli tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları və xarici divarından keçən elektrik kabeli 5 p.m yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Yaxınlıqdakı tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin İkinci Biləcik kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.