Geri

30 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 yanvar 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan plastik üzlükdən ibarət birmərtəbəli tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları və xarici divarından keçən elektrik kabeli 5 p.m yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Yaxınlıqdakı tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin İkinci Biləcik kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.