Geri

29 yanvar 2021-ci il saat 11:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 yanvar 2021-ci il saat 09:45-dək:

Şəki şəhərində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə və damına yığılan 0,5 ton ot bağlamasının 0,3 tonu, bitişik ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 0,4 tonu yanıb. Hər iki tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 yanvar 2021-ci il saat 08:00-dək:

Beyləqan rayonunun Milabad qəsəbəsində həyətyanı sahəyə yığılan 13 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 72 m² olan tövlənin çardağının yanar konstruksiyaları 15 m² sahədə və çardağına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.