Geri

28 yanvar 2021-ci il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

28 yanvar 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 yanvar 2021-ci il saat 20:30-dək:

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun Bolsulu kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 yanvar 2021-ci il saat 18:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları, alkopandan ibarət arakəsmələri və içərisində olan əşyalar 144 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı rayonunun Osnakəran kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət talvar və altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 yanvar 2021-ci il saat 08:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunda “HOWO” markalı yük avtomobilinin yanar hissələri və banının üzlüyü 1 m² sahədə yanıb. Avtomobilin yük hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 80 m² olan dülgər sexində taxta yonqarı 15 m² sahədə, orada olan dəzgahın rezin hissələri və elektrik kabeli 5 p.m yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.