Geri

26 yanvar 2021-ci il saat 17:45-dək:

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 100 m² olan tikilinin içərisinə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 yanvar 2021-ci il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 yanvar 2021-ci il saat 15:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli evdə 1 ədəd divan və ev əşyaları 6,5 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Privolnoye kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 68 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Varvara kəndində ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin tavanı 3 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin döşəməsi 2 m² sahədə yanıb. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 yanvar 2021-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 yanvar 2021-ci il saat 07:45-dək:

Xaçmaz rayonunun Köhnə Xudat kəndində ümumi sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.