Geri

26 yanvar 2021-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 yanvar 2021-ci il saat 07:45-dək:

Xaçmaz rayonunun Köhnə Xudat kəndində ümumi sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.