Geri

23 yanvar 2021-ci il saat 08:45-dək:

Xaçmaz rayonunun Palçıqoba kəndində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü 18 m² sahədə yanıb. Köşkün qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Yolçubəyli kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin mətbəxinin taxtadan ibarət arakəsmə divarı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Rəsullu kəndində ümumi sahəsi 75 m² olan tövlənin qamışdan ibarət tavanı yanıb. Yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda tutumu 23 m³ olan çənin ətrafına dağılan bitum qalıqları 6 m² sahədə yanıb. Ərazidə olan çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.