Geri

20 yanvar 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki sexin qalan hissəsi və içərisində olan dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Rəhimli kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 1,2 ton ot bağlamasının 0,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Aşağı Atuc kəndində ümumi sahəsi 45 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 9 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.