Geri

16 yanvar 2021-ci il saat 21:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kəlbəcər şəhərində dağıntıya məruz qalan, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 yanvar 2021-ci il saat 19:45-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Əlavə məlumat veriləcək.

Geri

16 yanvar 2021-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

16 yanvar 2021-ci il saat 18:00-dək:

Qəbələ rayonunun Topbağ kəndində ümumi sahəsi 126 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 0,75 ton ot bağlamasının 0,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İsmayıllı rayonunun Talış kəndində ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 yanvar 2021-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunun Hacıbədəlli kəndində “Mercedes” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan "ВАЗ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 yanvar 2021-ci il saat 14:00-dək:

Göyçay rayonunun Qaraxıdır kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunun Xosrov kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 55 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 yanvar 2021-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

16 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

16 yanvar 2021-ci il saat 05:45-dək:

Samux rayonunun Lək kəndində istixana ərazisində ümumi sahəsi 30 m² olan qazanxananın yanar konstruksiyaları və içərisində 1 ədəd qızdırıcı yanıb. İstixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 yanvar 2021-ci il saat 04:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan plastikdən ibarət tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları 200 m² sahədə və içərisində 3 ədəd elektrik su qızdırıcısı qismən yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 yanvar 2021-ci il saat 00:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.