Geri

15 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən birisi azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 yanvar 2021-ci il saat 07:30-dək:

Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 yanvar 2021-ci il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Geri

15 yanvar 2021-ci il saat 05:15-dək:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən otelin yeməkxanasında 1 ədəd pianino yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.