Geri

13 yanvar 2021-ci il saat 17:30-dək:

İsmayıllı rayonunun Basqal kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 0,8 ton ot bağlamasının 0,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 yanvar 2021-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda biri azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

13 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

13 yanvar 2021-ci il saat 08:45-dək:

Hacıqabul rayonunun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.