Geri

30 sentyabr 2020-ci il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1949-cu il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 3-cü mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

Geri

30 sentyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 sentyabr 2020-ci il saat 08:00-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 225 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 140 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 sentyabr 2020-ci il saat 04:00-dək:

Siyəzən rayonunun Sağolcan kəndində dağlıq ərazidə 70 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Köhnəqala kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 300 m² olan talvarın lambirindən ibarət tavanı əriyib. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.