Geri

19 sentyabr 2020-ci il saat 11:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb. Yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 sentyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən  3 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Qaradağ rayonlarında ayrı-ayrı ünvanlarda 1-i azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib, 1 nəfərə köməklik göstərib.

Geri

19 sentyabr 2020-ci il saat 08:00-dək:

Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Maşadqanlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.