Geri

14 sentyabr 2020-ci il saat 14:45-dək:

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında “Муравей” markalı motosikletin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ümumi sahəsi 40 m2 olan qamışdan ibarət tövlə yanıb. Yaxınlıqdakı ev və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 sentyabr 2020-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 sentyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

14 sentyabr 2020-ci il saat 07:15-dək:

İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.