Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərində 1 baş xırdabuynuzlu heyvanın dəmir konstruksiyalardan ibarət iki qarajın arasında sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri heyvanı çıxarıb və sahibinə təhvil veriblər.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində “Renault” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan mebel təmiri sexinin yanar konstruksiyaları, içərisində olan mebellər və 1 ədəd soyuducu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.