Geri

31 avqust 2020-ci il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

31 avqust 2020-ci il saat 14:45-dək:

Şəmkir rayonunda “ЗАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi  yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Muradxan kəndində ümumi sahəsi 144 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 25 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 avqust 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Suraxanı və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 avqust 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m2 olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Seydimli kəndində ümumi sahəsi 42 m2 olan talvarın altına yığılan 16 ton   ot bağlamasının 9 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.