Geri

31 avqust 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Suraxanı və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 avqust 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m2 olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Seydimli kəndində ümumi sahəsi 42 m2 olan talvarın altına yığılan 16 ton   ot bağlamasının 9 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.