Geri

21 may 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin  intihara cəhd etməsi barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

21 may 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin mətbəxində mebel 3 p.m və 3 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.