Geri

03 mart 2020-ci il saat 16:30-dək:

Ağsu rayonunun Daşdəmirbəyli kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 mart 2020-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər  bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

03 mart 2020-ci il saat 10:45-dək:

Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində ümumi sahəsi 321 m² olan köməkçi tikilinin taxtadan ibarət tavanı 90 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 mart 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail və Nizami rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 mart 2020-ci il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 18 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən södürülüb;

Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə  olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən södürülüb.