Geri

03 mart 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail və Nizami rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 mart 2020-ci il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 18 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən södürülüb;

Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə  olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən södürülüb.