Geri

15 mart 2020-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Məmmədov Xeyrəddin Abdı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 mart 2020-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sabirabad rayonunun Suqovuşan kəndində iribuynuzlu heyvanın su arxına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan sudan çıxarılıb və sahibinə təhvil verilib.

Geri

15 mart 2020-ci il saat 16:15-dək:

Goranboy rayonunun Xan Qərvənd kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 mart 2020-ci il saat 12:30-dək:

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evdə ev əşyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 mart 2020-ci il saat 08:15-dək:

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² telefon satışı mağazasında əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd televizor əriyib. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 mart 2020-ci il saat 08:00-dək:

Zərdab rayonunun Qoruqbağı kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Qaradağ rayonunda "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.