Geri

14 mart 2020-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Geri

14 mart 2020-ci il saat 13:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan qazanxanada 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan 1 p.m elektrik naqili və lambirindən ibarət arakəsmə divar 4 m² sahədə əriyib. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yevlax şəhərinin Varvara kəndində ferma ərazisində 5 ha sahədə kol-kos və qamışlıq, yaxınlıqda ümumi sahəsi 20 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Ferma və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2020-ci il saat 11:00-dək:

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

14 mart 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda "Volkswagen" markalı minik avtomobilinin salon və arxa hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön hissəsi əriyib. Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2020-ci il saat 00:30-dək:

Şirvan şəhərində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Alar kəndində ümumi sahəsi 79 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 59 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.