Geri

04 fevral 2020-ci il saat 15:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 fevral 2020-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

04 fevral 2020-ci il saat 12:45-dək:

Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 fevral 2020-ci il saat 12:00-dək:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 1200 m² olan fermanın içərisində 10 p.m elektrik kabeli, kartondan ibarət arakəsmə divar və yerə səpilən saman 4 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunda ümumi sahəsi 30 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

04 fevral 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda "DAF" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 14 ton ot bağlamasının 3 tonu və yaxınlıqda dayanan istifadəyə yararsız mikroavtobus yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 fevral 2020-ci il saat 07:00-dək:

İsmayıllı rayonunun Talıstan kəndində ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının damında əlavə tikilən, ümumi sahəsi 9 m² olan köməkçi tikili və içərisindəki əşyalar yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.