Geri

04 fevral 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda "DAF" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 14 ton ot bağlamasının 3 tonu və yaxınlıqda dayanan istifadəyə yararsız mikroavtobus yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 fevral 2020-ci il saat 07:00-dək:

İsmayıllı rayonunun Talıstan kəndində ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının damında əlavə tikilən, ümumi sahəsi 9 m² olan köməkçi tikili və içərisindəki əşyalar yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.