Geri

07 dekabr 2020-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

07 dekabr 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

07 dekabr 2020-ci il saat 20:45-dək:

İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli tikilinin 1 otağında əşyalar 36 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2020-ci il saat 17:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ucar rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Kərimov Sənan Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

07 dekabr 2020-ci il saat 11:30-dək:

Şabran rayonunun Şahnəzərli kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2020-ci il saat 09:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu, Əmirvar kəndi yaxınlığında içərisində 3 nəfərin olduğu "Land Rover" markalı avtomobilin sürüşərək yolun yamac hissəsinə düşməsi və aşma təhlükəsi vəziyyətində olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində avtomobil yamacdan çıxarılıb, köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

Geri

07 dekabr 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində biri azyaşlı olmaqla 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

07 dekabr 2020-ci il saat 08:00-dək:

Masallı rayonunun Digah kəndində ümumi sahəsi 550 m² olan fəaliyyət göstərməyən mebel mağazasının döşəməsi 30 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Mollakənd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli qamışdan ibarət evin tavanı, 2 ədəd pəncərə çərçivəsi və dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonu, Sarvan kəndində ümumi sahəsi 600 m² olan talvarın yanar konstruksiyaları 500 m² sahədə və altına yığılan 95 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan taxtadan ibarət təndirxananın yanar konstruksiyaları 50 m² sahədə və elektrik kabeli 3 p.m yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.