Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Sumqayıt şəhərində ümumi sahəsi 70 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Siyəzən rayonunun Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağdaş rayonunda ümumi sahəsi 204 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 24 m² olan mağazanın lambirindən ibarət tavanı və içərisində 1 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.