Geri

30 noyabr 2020-ci il saat 08:45-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 400 m² olan yarımzirzəmili ikimərtəbəli binanın dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2020-ci il saat 08:00-dək:

Göyçay rayonunda ümumi sahəsi 95 m² olan çörəkbişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 noyabr 2020-ci il saat 05:00-dək:

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada baş vermiş yanğın saat 05:00-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

30 noyabr 2020-ci il saat 03:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.