Geri

24 noyabr 2020-ci il saat 22:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m² olan digər birmərətəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Qaleybuğurd kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 noyabr 2020-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 2-si azyaşlı olmaqla 5 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşlara köməklik göstərib.

Geri

24 noyabr 2020-ci il saat 12:30-dək:

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzildə 1 ədəd dolab və geyim əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 noyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 noyabr 2020-ci il saat 08:00-dək:

Şəki şəhərinin Çeşməli kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin damı çöküb, pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində sahəsi 24 m² olan otaqda lambirdən ibarət tavan və ev əşyaları qismən yanıb. Hadisə zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

24 noyabr 2020-ci il saat 03:00-dək:

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “ГАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.