Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Xaçmaz rayonunun Bostançı kəndində "LADA" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qazax rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 38 m² sahədə və çardağı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb. Evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.