Geri

22 noyabr 2020-ci il saat 08:00-dək:

Goranboy rayonunun Məşədiqaralar kəndində "DAF" markalı yük avtomobilinin qoşqusunun 3 ədəd təkəri yanıb. Avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Kərimbəyli kəndində “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daşkəsən rayonunun Zağalı kəndində ümumi sahəsi 432 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə  yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Birinci  Şahsevən kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında  təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və "Mercedes" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb. Avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.