Geri

21 noyabr 2020-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində “BАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri

21 noyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

21 noyabr 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 22 m² olan vaqon tipli köməkçi tikilinin içərisində əşyalar yanıb. Yanğın zamanı həcmi 50 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunda ümumi sahəsi 104 m² olan kafenin yanar konstruksiyaları 8 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində "Shacman" markalı yük avtomobilinin 1 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərinin Zövlə kəndində fermanın ərazisində 60 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Müsüslü kəndində "ГАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.