Geri

30 oktyabr 2020-ci il saat 14:30-dək:

İmişli rayonunun Cavadxanlı kəndində ümumi sahəsi 30 m² olan tövlənin qamışdan ibarət tavanı 15 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən rayonunda “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​
Geri

30 oktyabr 2020-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.​

Geri

30 oktyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.​