Geri

29 oktyabr 2020-ci il saat 08:30-dək:

Masallı rayonunun Ərəb kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Cavadxanlı kəndində ümümi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunda ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılan 6 ton ot bağlamasının 1,5 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 700 m² olan fermanın yanar konstruksiyaları 400 m² sahədə və içərisinə yığılan 50 ton ot bağlaması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 200 m² olan istixananın polietilendən ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Lək kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.